Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Amerikalı qonaq müsəlmanların gözəl əxlaqını və nümunəvi davranışını görüb islamı qəbul etdi – VİDEO

Oktyabr 07
15:47 2016

Səudiyyə Ərəbistanına iş üçün gələn amerikalı iş adamı Əhsa şəhərinin məscidlərinin birində ötən çərşənbə günü İslamı qəbul etdiyini elan etmişdir.

O iki ay öncə iş tapşırığı ilə Əhsa şəhərinə gəlmiş və burada müsəlmanların gözəl əxlaqını və nümunəvi davranışını görüb pak İslam dinini qəbul etməyə qərar vermişdir.

Sələf Xəbər “Tavasul” saytına istinadən amerikalının İslamı qəbul etdiyi anları əks elətdirən videonu təqdim edir.

🎬

Sələf Xəbər: Sələf Xəbər: Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 125-ci ayə)

“Ey Məhəmməd! Əgər sən insanları, ya istər müsəlman, ya da kafir olsun, Rəbbinin düz yolu ilə getməyə çağırırsansa, onda faydalı biliklərə və saleh əməllərə istinad et. Sənin təbliğatın ibrətamiz olmalıdır, çünki sən hər bir şəxslə onun vəziyyətini, eşitdiyini qavramaq qabiliyyətini və haqqa sözü və əməli ilə tabe olmaq hazırlığını nəzərə alaraq söhbət etməlisən.

Təbliğatının müdrikanə olması üçün qəti biliklərə yiyələnməyin tələb olunur və sən cahillərə bənzəməməlisən. İslama dəvəti insanların başa düşə biləcəyi və mənimsəyəcəyi ən mühüm məsələlərdən başlamalısan. İnsanlar mehribanlıqla və xeyirxahlıqla yanaşmalısan ki, onlar haqqı asanlıqla qəbul edə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər