Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ankarada İŞİD üzvləri – iki “canlı bomba” ələ keçib

Dekabr 31
16:34 2015

Türkiyənin paytaxtı Ankarada terror aktları planlaşdıran 2 “canlı bomba” tutulub.

“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, hər iki şəxs partlayıcı yükü ilə birgə ələ keçirilib.

Polis əməliyyatı Ankaranın Mamak adlanan hissəsində həyata keçirib. Suriyadan Türkiyəyə keçən və Ankarada partlayışlar törətmək istəyən şəxslər ani əməliyyatla yaxalanıb.

Ankara valiliyi məsələ ilə bağlı açıqlama verib və tutulan şəxslərin İŞİD terror xəvaric qruplaşması üzvü olduğu bildirilib.

Sələf Xəbər: Təəssüf ki, bəzi insanlar dini şüarlardan istifadə edərək fəsadın müxtəlif növlərinə əl atırlar. Bununla (terror aktları və kamikadzelər ilə) əlaqədar olaraq XX əsrin görkəmli sünni alimi, mərhum Əbdül Əziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava ibn Baz”, 7/120)

Digər xəbərlər