Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərgi açılıb

Sentyabr 18
16:24 2014

“Sələf Xəbər” AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi açılıb.

Sərginin açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, TÜRKSAM-ın rəhbəri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan, dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, şəhər ictimaiyyətinin tanınmış simaları, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Cəmil Çiçək sərginin “Xatirə kitabı”nda Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıb.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından əvvəl və sonrakı vəziyyətini əks etdirən fotostendlər qurulub, digər əyani vəsaitlər nümayiş etdirilir. Sərgi iştirakçılarına Azərbaycan həqiqətlərindən bəhs edən kitab və jurnallar paylanılıb.

Sərgidə Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətləri yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş olunur.

Sentyabrın 20-dək davam edəcək sərgi çərçivəsində mövzu ilə bağlı elmi konfransın təşkili də nəzərdə tutulub.

“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Muslim, Buxari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər