Ankarada terror törədən şəxsin kimliyi məlum olub
Fevral 18
17:23
2016
681 dəfə baxılıb
Türkiyənin paytaxtı Ankara şəhərində dəhşətli terror aktı törədən şəxsin kimliyi açıqlanıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri — YPG-nin üzvü, Suriya vətəndaşı Salih Nəccar olub.
Terrorçu-kamikadze avtomobildə özünü partladıb və bu terror aktının nəticəsində 28 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Xəbər verilir ki, terrora səbəb olan şəxsin kimliyi hadisə yerindən tapılan cəsəd fraqmentlərinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.
Qeyd edilir ki, Salih Nəccar suriyalı qaçqınlarla birlikdə Türkiyə ərazisinə daxil olub.
Sələf Xəbər: XX əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahın “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur”. (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları.)