Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Antalyada Rusiya vətəndaşı olan 3 İŞİD-çi saxlanılıb

Yanvar 13
16:49 2016

Yanvarın 12-də İstanbulun Sultanəhməd meydanında baş vermiş terror aktından sonra Türkiyə hüquq-mühafizə orqanları ölkə ərazisində genişmiqyaslı əməliyyatlara başlayıblar.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Antalyada keçirilən əməliyyat zamanı “İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının 3 üzvü saxlanılıb. Onların Rusiya vətəndaşı olduğu bildirilib, lakin adları açıqlanmayıb. Həmin şəxslərin yaşadığı yerdə çoxlu sayda sənəd və CD aşkarlanaraq götürülüb.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq təsir edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər