Artıq təyyarədə də dəstəmaz ala biləcəksiniz
837 dəfə baxılıb
“Sələf Xəbər” odatv.com saytına istinadən Türk Hava Yolları şirkətinin təyyarələrin ayaqyolunda dəstəmaz almaq qadağasını aradan qaldırdığını xəbər verir.
Qeyd edək ki, qadağa “yerə tökülən suyun uçuşun təhlükəsizliyini risk altına aldığı” səbəbi ilə tətbiq edilmişdi.
Şirkət sözçüsünün verdiyi məlumata əsasən, son vaxtlar adı qalmaqallarda çəkilən Türk Hava Yolları (THY) şirkəti artıq yeni qayda tətbiq edib.
THY-nin Kabinə Xidmətləri Sədrliyi bütün kabinə heyətlərinə artıq səyahətlər boyunca sərnişinlərin təyyarənin ayaqyolunda dəstəmaz ala biləcəyini bəyan edib. Bəyanatda, yerə tökülən suyun döşəmənin altından keçən kabellərə və elektron avadanlıqlara zərər verməyəcəyi də bildirilib. Lakin ayaqyolunda döşəmələrin quru saxlanılması tələbi irəli sürülüb.
Şirkət bu qərarın sərnişinlərin tələbi ilə verildiyini bəyan edib. Əvvəllər təyyarə ayaqyolunda dəstəmaz almaq “uçuş təhlükəsizliyinə zidd olduğu” üçün qadağan idi. Dəstəmaz alan zaman yerə tökülən suyun döşəmədən keçən kabellərə zərər vermə riskinin olduğu bildirilirdi.
Xüsusilə Həcc və Ümrə ziyarətləri zamanı sərnişin daşıyan təyyarələrdə dəstəmaz almağın qadağan olduğu barədə tez-tez anons edilərək sərnişinlərə xatırladılırdı.
Sələf Xəbər: Bir gün Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Sad adlı adam dəstəmaz aldıqda onun yanından keçir. O Sada deyir: “Bu nə israfçılıqdır, ey Sad?” O zaman həmin adam soruşur: “Məgər dəstəmaz alanda israf etmək mümkündür?” Peyğəmbər cavab verir: “Bəli, hətta əgər sən çayın sahilində olsan belə” (Əhməd, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir).