Avropada müsəlmanların sayı 44 milyona çatıb
825 dəfə baxılıb
Amerikanın “Pew” Tədqiqat Mərkəzi Avropanın müsəlman əhalisinin sayı ilə bağlı hesabat hazırlayıb. Hesabata əsasən, Avropada müsəlmanların sayının 44 milyona çatdığı bildirilib. Onlardan 19 milyonu Avropa Birliyi ölkələrində yaşayır.
İslam tərəfdaşlarının ən çox olduğu ölkələr sırasında lider Rusiya Federasiyası hesab olunur. Burada ümumi əhalinin 10% -i ( 14 milyon nəfər) müsəlmandır – Daily Mail bildirib.
Avropa Birliyi ölkələri arasında ən çox müsəlman əhalisi olan ölkələr isə Fransa və Almaniya hesab olunur. Məlum olub ki, bu ölkələrin hər birində 4.7 milyon müsəlman yaşayır.
Hal-hazırda Fransada yaşayan əhalinin 7.5 % – i müsəlmanlardan ibarətdir. 2030-cu ildə isə bu göstəricinin artaraq 10% -dən çox olacağı düşünülür. Göstəricilərə əsasən, Avropa Birliyinin digər şəhərləri ilə müqayisədə Paris və ətraf qəsəbələrdə daha çox müsəlman yaşayır. Burada 1.7 miyon müsəlman yaşadığı bildirilir.
Müsəlman əhalisinin çoxluğuna görə, siyahıda üçüncü yerdə Böyük Britaniya gəlir. Buradakı müsəlmanların sayı 2.9 milyon təşkil edir.