Avstraliyanın müftisi: “Girov götürmək müsəlmanların şəriətində pis bir hərəkətdir”
Dekabr 17
22:04
2014
1. 002 dəfə baxılıb
“Sələf Xəbər” alarabiya.net-ə istinadən xəbər verir ki, Avstraliyanın müftisi İbrahim Əbu Məhəmməd Sidney şəhərindəki kafedə girov götürmə hadisəsini pisləyərək demişdir: “Bu əməl müsəlmanların dəyər, əxlaq və şəriətində pis bir hərəkətdir”.
Müftinin ofisindən yayınlanan bəyanatda da deyilir ki, artıq avstraliyalılar kimi müsəlmanlar da bu xəbərdən şoka düşüblər.
Həmçinin, müfti qeyd etmişdir ki, avstraliyalılar və bütün müsəlman toplumu bu işin tezliklə araşdırılaraq törədilmə səbəblərini bilməyə can atırlar.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).