Avtobus dayanacağında kitabxana
846 dəfə baxılıb
“Sələf Xəbər” internethaber.com saytına istinadən bildirir ki, İstanbulun Bağçılar rayon Bələdiyyəsi sakinlərin avtobus dayanacaqlarında keçirdikləri vaxtı dəyərləndirməsi məqsədilə Dayanacaq Kitabxanası təsis edib.
Prestijli xiyabanların xidmətə verildiyi, geniş və rahat səkilərin salındığı Bağcılar rayonunda maraqlı bir təsisat sakinlərin xidmətinə verilib. Rayonun müxtəlif yerlərində qurulan dayanacaq kitabxanaları avtobus gözləyən sakinlərin vaxtlarını dəyərləndirməsinə kömək edir.
Fatih Məhəlləsi, Kapalı Sokak, Şəhidlər Parkı, Yıldıztepe Cezine, Kirazlı Metro, Kestane Bahçesi, Bağcılar Meydanı, Ertuğrul Gazi Parkı, Molla Gürani Parkı, Güneşli Meydanı, Kocayusuf Parkında qurulan dayanacaq kitabxanalarına Bağcılar rayon Bələdiyyəsinin nümayəndələri tərəfindən həftədə 2 dəfə yeni kitab qoyulur. Dayanacaq kitabxanalarına artıq 20 min kitab yerləşdirilib.
Bu yaxınlarda Bağcılarda şagirdlərin məktəbdənkənar asudə vaxtlarını gözəl şəkildə dəyərləndirmələri məqsədilə Bilik Evlərinin sakinlərin xidmətinə verildiyini xatırladan Bələdiyyə Sədri Loğman Çağırıcı, yeni tətbiqin köməyi ilə bütün həmşəhərlilərinin kitab oxumaq vərdişinə yiyələnməsi üçün layihələr üzərində işlədiklərini bildirib.
Bu çərçivədə Qadın və Ailə Mədəniyyət Sənət Mərkəzində oxuma-yazma kursları təşkil etdiklərindən, mədəniyyət mərkəzlərində oxuma fəaliyyətləri və yarışlar keçirdiklərindən bəhs edən Çağırıcı, “Xidmətlərimizdə təhsil həmişə prioritet təşkil edir. İstədik ki, dayanacaq kitabxanaları layihəsi çərçivəsində həmşəhərlilərimiz dayanacaqda avtobus gözləyərkən vaxtlarını kitab oxuyaraq dəyərləndirsinlər. İctimai yerlərdə oxuma mədəniyyətinin inkişaf etdirilməsi çox vacibdir. Dayanacaq Kitabxanası Layihəsi də bu inkişafa kömək edəcək” demişdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın.” (Müqəddəs Quran, “Mucadilə” surəsi, 11-ci ayə)
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir.” (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12).