Ayasofya məscidinə imam təyin olundu- VİDEO
1. 227 dəfə baxılıb
Uzun illərdir muzey kimi fəaliyyət göstərən Ayasofya məscidinin ibadət üçün açılmış Hünkar Qəsrinə Türkiyənin Diyanət İşləri Başqanlığı tərəfindən ilk dəfə imam təyin edilib.
İncəsənət və memarlıq tarixi baxımından dünyanın ən qabaqcıl tikililərindən biri olan Ayasofya, 916 il kilsə, 482 il məscid olaraq xidmət göstərmişdir. TC Bakanlar Kurulunun qərarı ilə 1935-ci ildə muzey kimi qapılarını ziyarətə açan Ayasofyanın imam heyəti formal fəaliyyət göstərib.
1991-ci ildə ibadətə açılan Ayasofya məscidinin Hünkar Qəsrində günorta və ilkindi namazları qılınarkən, bu vaxt azanlar da Sultanahməd Məscidi ilə qarşılıqlı oxunurdu.
Selefxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Diyanət İşləri Başqanlığının, uzun illərdən sonra ilk dəfə Hünkar Qəsrınə hafiz Öndər Soyu imam olaraq göndərməsiylə Ayasofyanın dörd minarəsindən 5 vaxt azan oxunmaqla bərabər, 5 vaxt namazları da qılınmağa başlanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).
“Əgər ən böyük qanun pozanlar məscidlərdə Allahın adını zikr etməyi qadağan edən günahkarlardırsa, ən ləyaqətli möminlər, maddi və mənəvi cəhətdən məscidləri quranlardır. Məhz buna görə, Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar”(Müqəddəs Quran, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmağı, onlara hörmət bəsləməyi və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).