“Azad Suriya Ordusu” İŞİD-lə mübarizədə Rusiyanın köməyini istəmir
680 dəfə baxılıb
“Azad Suriya Ordusu” (ASO) silahlı müxalifət qruplaşması İŞİD terror xəvaric qruplaşması ilə mübarizədə Rusiyanın köməyindən imtina edib.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bundan əvvəl Moskvanın Suriyada İŞİD terror xəvaric qruplaşmasına qarşı vuruşan “Azad Suriya Ordusu”na havadan dəstək verməyə hazır olduğunu bildirib.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb. Onun sözlərinə görə, Rusiya üsyançılarla əməkdaşlıq edə-edə Bəşər Əsəd rejiminə dəstək verə bilməz: “Rusiya aviasiyası əvvəlcə bizim mövqelərə zərbələri dayandırmalıdır”.
Qeyd edək ki, Sergey Lavrov “Vesti v subbotu” televiziya verilişində Moskvanın “Azad Suriya Ordusu”na kömək etməyə hazır olduğunu bildirib.
Lavrov Rusiyanın Suriyada bütün siyasi qüvvələr ilə təmas quran yeganə ölkə olduğunu qeyd edib: “Biz konkret olaraq tək Bəşər Əsədin və ya tək müxalifətin maraqlarını nəzərə almaq istəmirik. Biz, bütövlükdə, Suriyanın maraqlarını nəzərə almaq istəyirik. Suriya üçün dinc şəraitin yaradılması, müharibənin tezliklə başa çatması, terrorçuların Dəməşqdə və yaxud ölkənin hər-hansı hissəsində hakimiyyəti ələ ala bilməməsi vacibdir”.