Azarkeşlərin Zülhiccə zikr təkbiri futbol meydançasını titrətdi – VİDEO
1. 281 dəfə baxılıb
“Sələf Xəbər” alanba.com saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının “Əl-İttihəd” futbol klubunun azarkeşləri hicri ilə 1435-ci ilin Zülhiccə ayının ikinci Cüməsində təkbir (“Allahu əkbər”) demək sünnəsini yerinə yetirərək futbol meydançasını titrədib.
Sələf Xəbər: Qeyd edək ki, təkbir demək böyük ibadətlərdən sayılır. Zülhiccə ayının ilk on günlərində hər bir müsəlmanın səsini ucaldaraq təkbir deməsi bəyənilən əməldir.
Allah Təala buyurur: “Məlum günlərdə Allahın adını zikr etsinlər” (Qurani Kərim, “Həcc” surəsi, 28).
Bir çox alimlərin dediyinə görə, ayədə keçən “məlum günlər” Zul-hiccə ayının ilk on günüdür.
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Məlum günlərdə ((yəni) on günlərdə və sayı bəlli olan (yəni) Təşriq (Zülhiccənin 11-i, 12-si və 13-cü)) günlərində Allahı zikr edin”.
“İbn Ömər və Əbu Hureyra (Allah onlardan razı olsun) on günlərdə bazara çıxaraq təkbir deyər və insanlar da onların təkbiri ilə təkbir deyərdilər”. əl-Buxari 1/329.