Azərbaycan Fələstinin sülh uğrunda mübarizəsinə tam dəstək verir
939 dəfə baxılıb
Azərbaycan Fələstinin sülh və sabitlik uğrunda mübarizəsinə tam dəstək verir.
Selefxeber.az Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə Görüşündə çıxışı zamanı bildirib.
“Biz Fələsətin dövlətinə beynəlxalq dəstəyin artmasını görməkdən çox məmnunuq. Mən qardaş Fələstin xalqına sülh, sabitlik və davamlı inkişaf əldə etmək uğrunda mübarizəsinə Azərbaycanın tam dəstək verdiyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin “iki-dövlət” arasında həllinə tərəfdardır”, – deyə o vurğulayıb.
Nazir Azərbaycanın Fələstin ilə müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr apardığını diqqətə çatdırıb:
“Biz Fələstin ilə müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr aparırıq. Məlumat üçün bildirim ki, 2016-cı ilin may ayında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini təmsil edən yüksək səviyyəli nümayəndə heyəti Ramallaha rəsmi səfər edib və təcrübi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə ikitərəfli sazişlər imzalanıb”.