Azərbaycan prezidenti D-8 sammitində – FOTO
1. 134 dəfə baxılıb
Türkiyənin İstanbul şəhərində D-8 sammiti keçirilib.
Selefxeber.az xəbər verir ki, “Oxu.Az”ın məlumatına görə, sammitə xüsusi qonaq qismində qatılan Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun) IX Zirvə görüşündə çıxış edib.
Daha sonra D-8 Şurasının 16-cı, 17-ci və xüsusi sessiyalarının hesabatları dinlənilib, gündəlikdə duran məsələlər müzakirə olunub.
Ərdoğan isə sammitdə maraqlı təkliflə çıxış edib: “Ölkələrimiz arasında ticarətdə milli pul vahidlərimizdən istifadəyə zəmin yaradacağımız təqdirdə D-8 tarixində bir inqilaba imza atacağıq.”
“D-8 prinsiplərinə və müdafiə etdiyi dəyərlərə olan ehtiyac azalmaq bir yana, daha da artıb. Belə ki, D-8 yalnız mənfəət ətrafında görüşən ölkələr toplusu deyil, bundan çox daha üstün olan ədalətli, dinc və sabit dünya tələbinin təsdiqli formasıdır. Biz D-8 üzvləri kimi dünyada çox az ölkəyə nəsib olan coğrafi imtiyazlara sahibik”, – Ərdoğan bildirib.
Türkiyə prezidenti D-8 ölkələri arasında mübadilə mərkəzinin qurulması üçün mərkəzi bankların birləşdirilməsi istəyi ilə çıxış edib:
“D-8 ölkələri olaraq iclaslarda iştirak səviyyəsini artırmalı, özəl sektor qurumlarını da bu məsələlərə daxil etməliyik. Prezidentlər olaraq D-8 zirvəsinin önəmini yaxşı qavramalıyıq. Hamımız D-8-ə sahib çıxmalı, onun daha effektiv, daha səmərəli, daha güclü olması üçün səy göstərməliyik”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin D-8-in yeni üzvlərlə daha da qüvvətlənə biləcəyini qeyd edib.
Sələf Xəbər:
D-8 və ya ingiliscə uzun adı ilə “Developing-8” — 8 müsəlman dövlətindən ibarət iqtisadi təşkilatdır.D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur. D8 15 iyun 1997 tarixində ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında rəsmi olaraq toplanmışdır. 15 iyun 2017-ci ildə İstanbulda, Çırağan Sarayında təşkilatın 20 illiyi qeyd edilmişdir.