Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Azərbaycan prezidentinin Qətər əmiri ilə görüşü olub – FOTO

Fevral 27
17:53 2017

Qətərdə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin (Allah onu qorusun) Əmir sarayında rəsmi qarşılanma mərasimi olub.

Selefxeber.az xəbər verir ki, APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan və Qətərin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

Prezident İlham Əliyev və əmir Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri əmir Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər dövlətinin nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Rəsmi qarşılanmadan sonra Azərbaycan prezidenti İlham Əliyev və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında öncə təkbətək görüş, sonra isə geniş tərkibdə görüş olub.

📷

14

12

7-3

6-4

8-4

 

 

Digər xəbərlər