Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Azərbaycanlı rəssam ipək üzərində “Qurani-Kərim” hazırldı – FOTO

Noyabr 24
15:59 2016

Türkiyənin Mərmərə Universitetinin İncəsənət tarixi üzrə doktorantı, həmyerlimiz Tünzalə Məmmədzadə “Qurani-Kərim”i ipək səhifələrə köçürərək dünyada ilk ipək kitabı hazırlayıb.

Selefxeber.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, müqəddəs kitabın hazırlanması üçün 33 yaşlı rəssam 50 metr qara şəffaf ipəkdən, 1500 millilitr qızıl və gümüş suyundan istifadə edib. Ölçüsü 29 x 33 sm olan ipək kitabın üz qabığı dəri materialından hazırlanıb.

Böyük məsuliyyətlə müqəddəs kitabın hazırlanmasına 3 il vaxt sərf edən gənc rəssam dünyadakı ilk yeganə ipək kitabın məhz “Qurani-Kərim” olmasından dolayı çox şad olduğunu bildirib.

📷

1020921877

1020921935

1020921545

1020921660

Sələf Xəbər: Qurani-Kərimin qədim nüsxələrinin qorunub saxlanılması İslam İrsinin qorunması baxımından əhəmiyyətlidir. Lakin qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır:

“Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir” (Müqəddəs Quran, Hədid surəsi, 9-cu ayə).

20-ci yüzilliyin məşhur islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) Müqəddəs Quranın oxumaqdan başqa məqsədlərlə, məsələn divarda bəzək şəklində asılması və s. kimi istifadəsi barədə soruşublar. Buna şeyx cavab verib:

“Biz Quranı layiqli şəkildə oxumalı, onun ehkamlarına riayət etməli, onun şanını uca tutmalı, hörmət etməli və təhqirlərdən və ona qarşı qeyri-düzgün münasibətdən qorumalıyıq, çünki Quran – Allahın, özündə yalnız həqiqəti əks etdirən kitabıdır və onda bir yalan da yoxdur. Biz ixtilafa düşdükdə onun ehkamlarına əsasən əməl etməli və hökm verməliyik. Uca Allah buyurur:

“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (Müqəddəs Quran, “Nisa” surəsi, 59-cu ayə).

Daha sonra şeyx deyir: “Əməlisaleh sələflərimizdən hər hansı birinin Qurandan çıxarışları lövhələrdə yazaraq və ya çərçivəyə salaraq daha sonra divardan asması barədə bizə məlum deyil. Əksinə, Quran onların ürəyinə yazılmışdı və onlar ona tamamilə riayət edir, oxuyur, əzbərləyir və onu digərlərinə öyrədirdilər. Qurandan çıxarışları lövhələrə yazmaq, çərçivəyə salmaq və s.-yə gəldikdə isə, əməlisaleh sələflərimizin bunu etdiyi barədə bizə məlum deyil. Və bu cür əməllərdə fayda yoxdur. Əksinə, belə halda Quranın təhqirə məruz qalması və layiqli şəkildə qorunmaması ehtimalı var”.

Digər xəbərlər