Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bağdadda aramsız terror aktları: bir ayda 1 100 ölü

Oktyabr 09
19:00 2014

“Sələf Xəbər”-in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdadda güclü partlayış baş verib.

Terrorçu-intiharçı paytaxtın Mədinət-əs-Sədr rayonunda minalanmış avtomobili partladıb. Nəticədə ən azı 18 nəfər ölüb, 25 nəfər yaralanıb. Xatırladaq ki, oktyabrın 1-də Bağdadda törədilən iki partlayışda dörd nəfər həlak olmuş, 20 nəfər yaralanmışdı.

Sentyabrın 30-da paytaxtda bir neçə terror aktı nəticəsində 25 nəfər həyatını itirmişdi, onlarla insan yaralanmışdı. Sentyabrın 23-də Bağdadın şərqində partlayıcı maddə quraşdırılmış avtomobil partladılmışdı. Nəticədə 20 nəfər ölmüş, 70 insan yaralanmışdı.

Sentyabrın 10-da törədilən silsilə terror aktları 18 insanın həyatına son qoymuşdu.

Sentyabr ayı ərzində İraqda arası kəsilməyən zorakılıq aktları nəticəsində 1 100 nəfər ölüb, 2000-ə yaxın nəfər yaralanıb.

Bu barədə bəyanatı BMT-nin İraqa yardım Missiyası yayıb. Missiyanın məlumatlarına əsasən, İraqda təhlükəsizlik sahəsində ən pis vəziyyət ölkənin paytaxtı Bağdaddadır. Burada 352 iraqlı ölüb, 983 nəfər – xəsarət alıb. Paytaxtın ardınca Saleh-əd-Din əyaləti gəlir, burada 298sakin zorakılıq qurbanı olub, 383 nəfər yaralanıb.

 Sələf Xəbər: Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır, və bunu heç cür cihad adlandırmaq olmaz.

XX-ci əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir, və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur.” (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları).

Digər xəbərlər