Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bağdadda ard arda iki terror aktı: 13 nəfər ölüb

Sentyabr 02
20:41 2014

“Sələf Xəbər” İTARTASS-a istinadən xəbər verir ki, Bağdadın cənub-qərbində törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 45 nəfər yaralanıb. Bu barədə məlumatı İraq KİV-ləri yayıb.

Partlayıcı qurğular bir birinə yaxın məsafədə saxlanmış iki avtomobildə olub.

Terror aktları 5 dəqiqə intervalla törədilib, APA RİA Novosti agentliyinə istinadən yazır.

Xatırladaq ki, həmin gün, partlayışlardan öncə BMT nümayəndələri Bağdadda hesabatla çıxış edərək, avqustda zorakılıq qurbanlarının sayının 1420 nəfərə çatdığını bildirmişdi.

Bu hesabata qərb əyaləti Anbar və “İslam dövləti” ekstremist qruplaşmasının silahlılarının olduğu bölgələr daxil edilməmişdir. BMT-nin İraqa dəstək Missiyasının məlumatlarına əsasən, döyüş əməliyyatları zamanı 1370 nəfər yaralanıb.

 Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi, mərhum Əbdül Əziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz” 7/120).

Digər xəbərlər