Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bağdadda bir gündə üç terror aktı: 22 ölü

Oktyabr 14
20:28 2014

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dünən İraqın paytaxtı Bağdadda üç güclü partlayış baş verib. Nəticədə ən azı 22 nəfər həlak olub, onlarla insan yaralanıb.

Terror aktlarının ikisi minalanmış avtomobilin partladılması ilə həyata keçirilib.

Partlayışlar Bağdadın əsasən şiələrin məskunlaşdığı Kazimiya və Sədr-Siti rayonlarında törədilib, riasv.ru yazır.

BMT-nin İraqa yardım Missiyasının məlumatlarına əsasən, təkcə sentyabr ayında İraqda 1 100 nəfər ölüb, 1 900 nəfər xəsarət alıb. Ölənlərin 352-si Bağdadda törədilən terror aktlarınən qurbanlarıdır.

 Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi, mərhum Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər