Bağdadda daha bir terrorçu özünü partlatdı: 15 ölü, 30 yaralı
Oktyabr 15
20:12
2014
867 dəfə baxılıb
“Sələf Xəbər”-in Lent.az-a istinadən məlumatına görə, dünən İraqın paytaxtı Bağdadda daha bir partlayış baş verib.
Hərbçilərin blokpostu yaxınlığında törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb. Terrorçu-intiharçı avtomobili İraq paytaxtının Kadamiyyə məhəlləsində partladıb.
Bir neçə yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”
Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə