Bağdadda iki partlayış: 17 ölü
Sentyabr 05
13:49
2014
821 dəfə baxılıb
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdadda iki partlayış nəticəsində 17 nəfər ölüb, azı 50 nəfər yaralanıb. Birinci partlayış 11 nəfərin həyatına son qoyub, azı 32 nəfər isə yaralanıb.
Bağdadın mərkəzi rayonunda avtomobilin partladılması nəticəsində isə 6 nəfər ölüb, 17 nəfər yaralanıb.
Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kasset, A tərəfi).