Bağdadda iki terror aktı törədilib
İyul 22
17:08
2015
804 dəfə baxılıb
İraqın paytaxtında biri-birinin ardınca iki partlayış baş verib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, əvvəl Bağdadın şərq bölgəsində minalanmış avtomobilin partladılması nəticəsində 17 nəfər ölüb, 43 nəfər yaralanıb.
Şəhərin cənub hissəsində digər avtomobildə partlayıcı qurğunun işə salınması daha 2 iraqlının həyatına son qoyub.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Xatırladaq ki, Ramazan bayramı günü Bani Saad şəhərində baş vermiş partlayış 120 nəfərin ölümünə səbəb olmuşdu.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyib: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, nümayişlərlə gəlməmişdi və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”