Bağdadda məsciddə partlayış törədilib
667 dəfə baxılıb
Bağdadda kamikadzelərin məsciddə törətdiyi partlayışlar nəticəsində azı 15 nəfər ölüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, əvvəlcə kamikadzelərdən biri məscidə daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayışdan sonra hadisə yerinə xeyli insan toplaşıb və bu zaman ikinci kamikadze partlayıcı qurğunu işə salıb.
Hadisə nəticəsində 50-dək adam yaralanıb.
Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)
XX əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur”. (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları.)