Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bağdadda silsilə partlayışlar: 33 ölü, 100 nəfərə yaxın yaralı

Noyabr 10
15:13 2014

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdad şəhərində törədilmiş silsilə partlayışlar nəticəsində 33 nəfər ölüb, 100 yaxın insan yaralanıb.

Məlumata görə, partlayışların hamısı şiələrin kompakt yaşadığı rayonda törədilib.

Qeyd edək ki, BMT-nin Bağdaddakı missiyasının ötən həftə yaydığı bəyanatda oktyabr ayı ərzində İraqda törədilmiş terror aktları nəticəsində 1200 nəfərdən çox insanın öldüyü qeyd olunub.

Bəyanata əsasən, ölkənin ən təhlükəli şəhəri paytaxt Bağdad hesab olunur. BMT nümayəndələri Bağdadda ay ərzində 379 dinc sakinin ölüm faktını qeydə alıblar.

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər