Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bağdadda silsilə partlayışlar onlarla insanın həyatına son qoydu

Oktyabr 18
16:29 2014

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, dünən İraqın paytaxtı Bağdadın müxtəlif məntəqələrində bomba quraşdırılmış dörd avtomobilin partlaması nəticəsində onlarla insan həlak olub.

Əvvəl şəhərin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Bundan bir qədər sonra minalanmış avtomobil Bağdadın Mədinət-əs-Sədr bölgəsində partladılıb, 10 nəfər həlak olub, 20-dən çoxu yaralanıb.

Üçüncü terror aktı şəhərin şərq hissəsində qeydə alınıb, burada 14 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Paytaxtın şimal hissəsində, əhalinin sıx olduğu küçədə baş vermiş partlayış nəticəsində isə 35 nəfər ölüb və yaxud yaralanıb.

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

00000Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə00

Digər xəbərlər