Bağdadinin dəftərxana rəhbəri öldürülüb
Dekabr 30
16:13
2015
633 dəfə baxılıb
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası İraqın Mosul şəhərində İŞİD terror xəvaric qruplaşması lideri Əbu Bəkr əl Bağdadinin dəftərxana rəhbərini məhv edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Mosulun Əl Maliyə rayonunda, içərisində Tahsin Vafiq Hişam adlı terrorçu və onu müşayiət edən dörd silahlının olduğu avtomobilə hava zərbəsi endirilib.
Nəticədə terrorçuların beşi də məhv edilib.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)