Bağdadiyə biət etmədiyi üçün 16 nəfər yandırıldı
Fevral 10
13:13
2015
967 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasından yeni cəza üsulu: daha 16 nəfər diri-diri yandırıldı.
İŞİD terror xəvaric qruplaşması iordaniyalı pilotu qətlə yetirməsinin ardından daha bir vəhşətə imza atıb.
“Sələf Xəbər”in Teleqraf.com-a istinadən xəbərinə görə, 16 nəfər İŞİD terror xəvaric qruplaşmasının lideri Əbubəkir əl-Bağdadiyə biət etməkdən imtina edib.
İŞİD terror xəvaric qruplaşmasının həmin 16 nəfəri yandıraraq öldürdüyü bildirilir.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)