Banqladeşli müsəlman 48 il ərzində 17 500 ağac əkib – FOTO
1. 433 dəfə baxılıb
Banqladeşdən olan Saməd Abdul Şeyx adlı 60 yaşlı müsəlman 48 il ərzində hər gün 1 yeni ağac əkib.
Gündüzləri 1 avro müqabilində rikşa (Yaponiyada və Uzaq Şərqin bəzi ölkələrində ikitəkərli arabaya qoşulub minik daşıyan adam) kimi çalışan Saməd Abdul axşamları torpağa yeni fidanlar əkməklə məşğul olub.
Selefxeber.az-ın İslam-today.ru-ya istinadən xəbərinə görə, illərlə yuxusuzluqdan əziyyət çəkən banqladeşli bu zamanını sevdiyi işə həsr edərək 17 532 ağac əkib. Onun sözlərinə görə, ağacların kəsilməməsi üçün o, daha çox dövlət nəzarətində olan ərazilərdə ağac əkib. Bundan əlavə, banqladeşli müsəlman yalnız öz doğma kəndində yox, həmçinin boş qalmış ərazilərdə də bir çox ağac əkdiyini bildirib.
Bu işinə görə böyük hörmət və sevgi qazanan Saməd Abdul həmkəndliləri arasında vətəninin rifahı üçün çalışan müasir insan obrazının təcəssümünə çevrilib.
Sələf Xəbər: Ənəs bin Malik Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) belə rəvayət edir: “Qiyamət qopduğu vaxt sizdən birinizin əlində bir ağac fidanı olarsa, qiyamət qopmazdan əvvəl onu əkməyə gücü çatarsa, əksin!” (Buxari “Ədəbul-Mufrad”da və İmam Əhməd rəvayət edib, Şuaybəl-Ərnəvut hədisi səhihləşdirib).
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş, insan və ya heyvan yeyərsə bu becərən kimsənin sədəqəsi sayılar.” (Buxari və Muslim).