Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Baş Konsulluğa hücum edilib…

İyul 09
15:21 2015

Bu gün Tailandın Türkiyənin İstanbul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Tailandın ölkəyə sığınan Uyğur türklərinin Çinə təslim etməsi xəbərinə etiraz edən bir qrupun Baş Konsulluğa girdiyi bildirilir.

Şişilidə yerləşən Baş Konsulluq önünə gələn qrup, qapıları və pəncərələri qıraraq konsulluq binasına daxil olub. Binanın üzərindəki Tailand bayrağı da endirilib.

Sələf Xəbər: Mərhum şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir: “Mən, nümayişlərdə iştirak etməyi hər hansı problemlərin həlli kimi münasib üsul hesab etmirəm. Əksinə, mən, bu nümayişləri bir qisim insanlarda fitnəyə, şərə, nifrətin alovlanmasına, digərlərinin isə haqlarının pozulmasına səbəb kimi görürəm. (Rəhbərə nəsihətin) şəri üsulları – şəriətə müvafiq həyata keçirilən yazışma, yaxşıya dəvət və mehribancasına nəsihətlərdir. Bu üsulları islam alimləri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, və səmimi qəlblə onların ardınca gedənlər izah etmişdir. Bu üsullar, deyildiyi kimi, ictimaiyyət qarşısında rəhbərə qarşı hər hansı ittihamlar irəli sürmədən, onunla yazışma, söhbət və münasibətləri saxlamaqdan ibarətdir. Köməyi isə Allahdan istəmək lazımdır.” (“Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları”, Fəsil 3).

Digər xəbərlər