Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BƏƏ-də məscidlərin sayı 5 000 keçib

Avqust 14
15:03 2014

“Sələf Xəbər” “İslam-today”-a istinadən xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 7 əmirlik ərazisində 5 036 çox məscid fəaliyyət göstərir. Bəzi rayonlarda hətta bir küçədə 3 məscid yerləşir.

Əmirliyin sürətli inkişafı və əhali sayının artımı səbəbilə BƏƏ-də yeni məscidlərin tikintisinə ehtiyac yaranıb.
“Bu il ərzində daha çox sayda məscid tikmək planları var”, – İslam və vəqflərlə işlər üzrə administrasiyanın baş direktoru doktor Məhəmməd Mattar Əl-Kabi bildirib.

Qeyd edək ki, ölkənin müxtəlif yerlərində yeni məscidlərin inşasına artıq start verilib.

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər