Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BƏƏ-də Ramazan ayı şərəfinə 2000 məhbus əfv edilib

May 26
16:36 2017

BƏƏ-nin prezidenti və Dubay hakimi Ramazan ayının başlanması ilə əlaqədar dövlət həbsxanalarındakı 2000 məhbusu əfv ediblər.

Selefxeber.az İslam-Today“-ə istinadən xəbər verir ki, BƏƏ-nin vitse–prezidenti, baş naziri, Dubayın hakimi şeyx Muhamməd bin-Rəşid əl-Məktum Ramazan ayı ərəfəsində Dubayın cəzaçəkmə və islah müəssisələrindəki müxtəlif millətlərdən olan 1014 nəfər məhbusun azad edilməsi barədə fərman imzalayıb.

Dubayın baş prokuroru Essam İsa əl-Umaydan bildirib ki, Şeyx Muhammədin əfv barədə əmri məhbusların ailələrinə sevinc gətirəcək, keçmiş cinayətkarlara yeni həyata başlamağa kömək edəcək, onların ictimai və sosial həyatının bərpasına yardımçı olacaq. Prokurorluq əməkdaşları artıq Şeyx Məhəmmədin əmrinin yerinə yetirilməsi üzrə məhkəmə prosedurlarına başlayıblar.

Bundan bir gün öncə isə BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhəyan da 977 məhbusun azad edilməsi əmrini verib.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar.” (Muslim rəvayət etmişdir: 4\ 2074\ № 2699)

Digər xəbərlər