Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BƏƏ-də terrorçuluqda şübhəli bilinən 40-dan çox insan saxlanılıb

Avqust 03
17:23 2015

Bu şəxslər gizli təşkilat yaradaraq ölkə ərazisində terror aktları törədməyə hazırlaşıblar.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) terrorçuluqda şübhəli bilinən 41 şəxs həbs edilib.

“Sələf Xəbər”in “Report”a istinadən verdiyi xəbərə görə, BƏƏ-nin Baş prokuroru Salem Seyid Kubeyş bildirib ki, sözü gedən şəxslər gizli təşkilat yaradaraq ölkə ərazisində terror aktları törədməyə hazırlaşıblar.

“Onların məqsədi qanuni höküməti devirərək İslam xəlifəti yaratmaq olub”, – deyə Kubeyş vurğulayıb.

Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdİ, əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, nümayişlərlə gəlməmişdir və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”

Digər xəbərlər