Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BƏƏ milli kosmik agentliyi yaradır

İyul 21
10:25 2014

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “İTAR-TASS”a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Kosmik Agentliyi yaratmasını bəyan edib. Ölkənin ilk layihəsi Marsa 2021-ci ildə – ərəb dövlətinin Fars körfəzində yaradılmasının 50 illiyində çatacaq kosmik aparatın buraxılmasıdır.

“Əmirliklər planetlərarası məkanın tədqiqi dövrünə qədəm qoyur”, – BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktum deyib.

“Mars planetinə çatmaq böyük çağırışdır, biz buna doğru hərəkət edirik, çünki bu vəzifə bizi ruhlandırır”, – Dubay əmiri qeyd edib. O, həmçinin əlavə edib ki, BƏƏ kosmosun tədqiqinə 20 milyard dirhəm (5,44 milyard dollar) yatıracaq.

Milli Kosmik Agentliyi bir neçə təşkilatı, o cümlədən peyklərin buraxılmasında ixtisaslaşan “DubaiSat” şirkətini birləşdirəcək.

BƏƏ rəsmiləri ümid edirlər ki, kosmik aparat Marsa olan 60 milyon kilometrlik məsafəni 9 aya qət edə biləcək.

Uca Allah buyurur: “Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.”

(Müqəddəs Quran, “Mülk” surəsi, 3-4-cü ayələr)

Digər xəbərlər