Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BƏƏ Suriyaya quru qoşunları göndərəcək

Fevral 13
17:54 2016

“Birləşmiş Ərəb Əmirlikləri Suriyaya xüsusi təyinatlılar göndərəcək”.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter deyib. Onun sözlərinə görə, bununla bağlı BƏƏ-li həmkarı ilə Brüsseldə keçirdiyi görüşdə razılıq əldə edilib:

“Xüsusi təyinatlılar İŞİD terror xəvaric qruplaşmasının “paytaxt”ı sayılan Rakka şəhərinin azad olunması uğrunda döyüşlərdə iştirak edəcək. Səudiyyəli hərbçilər isə Suriyada müxalifləri İŞİD terror xəvaric qruplaşmasına qarşı döyüşlərə hazırlayacaq”.

Karter Münhen danışıqlarını da şərh edib: “İŞİD terror xəvaric qruplaşmasına qarşı başlanan döyüşlərdə atəşkəs olmayacaq”.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər