Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BƏƏ turistlərdən 1 milyard qazanıb

Avqust 13
16:21 2015

Təkcə bu ilin ilk yarısında Birləşmiş Ərəb Əmirlikləri turizmdən 1 milyard dollar gəlir əldə edib.

Abu-Dabi mehmanxana komplekslərinə gələn turistlərin sayı 17 faiz artıb.

“Sələf Xəbər” “A24.az”-a istinadən məlumat verir ki, təkcə bu ilin ilk yarısında Birləşmiş Ərəb Əmirlikləri turizmdən 1 milyard dollar gəlir əldə edib.

Qeyd edək ki, dünyada turistlərin ən çox səfər etdiyi ölkə Hindistandır. Onun ardınca Böyük Britaniya, Çin, Almaniya və ABŞ gəlir. Abu-Dabi son illər turist cəlb etmək üçün bir sıra addımlar atır.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər