Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BƏƏ və Səudiyyə Ərəbistanı Qətərə qarşı hava blokadasını yumşaldıblar

İyun 13
16:46 2017

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti üçüncü ölkələrin aviaşirkətlərinə Qətərə və Qətərdən reyslər həyata keçirərkən Əmirliklərin hava məkanı və aeroportlarından istifadə etməyə icazə verib.

Selefxeber.az xəbər verir ki, bu barədə “Trend” BƏƏ Mülki Aviasiya İdarəsinə istinadən məlumat verir.

Analoji qərar Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi tərəfindən də qəbul edilib.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Digər xəbərlər