Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BƏƏ Yəmənə 1.2 min tonluq humanitar yardım göndərib

May 27
17:03 2015

Birləşmiş Ərəb Əmirliklərinin Qırmızı Aypara Cəmiyyəti Yəmənə 1.2 min tonluq humanitar yardım yollayıb. “Sələf Xəbər”in Sunna Press-ə istinadən verdiyi xəbərə görə, humanitar yardım yüklü gəmi artıq Ədənə çatıb.

Bir müddət əvvəl, May ayında Qırmızı Aypara Cəmiyyəti Yəmənə 850 tonluq humanitar yardımla yanaşı 650 ton ərzaq və 180 ton dərman preparatlarından ibarət yardım yollamışdı. Birləşmiş Ərəb Əmirliklərindən humanitar yardım yüklərinin yollanması ölkə prezidenti Şeyx Xəlifə bin Zayed əl Nəhyan , Dubayin Əmiri, BƏƏ-nin vitse-prezidenti və Baş naziri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum və Əbu-Dabi Əmirliyinin vəliəhdi Məhəmməd bin Zayed əl Nəhyanın təlimatları çərçivəsində həyata keçirilir.

Sələf Xəbər: “Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir””. (Qurani-Kərim, Bəqərə surəsi 215-ci ayə)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “Yanındakı qonşusu ac olduğu zaman özü tox olan mömin deyil.” Həkim (Al-Mustədrək)

Digər xəbərlər