Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Belə də həcc varmış

Sentyabr 15
18:21 2014

“Sələf Xəbər”-in ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, Türkiyədə müqəddəs Həcc ziyarətinə hazırlaşan 200 zəvvar 23 000 avroluq paketlə Həccə gedəcək. Bu paketə bəzi əlavə xidmətlər daxildir.

29 sentyabrda başlayacaq və 12 gecə 13 gün davam edəcək ziyarətdə zəvvarlar 5 və 7 ulduzlu otellərdə qalmaq imkanı əldə edəcəklər.

Bundan başqa, bahalı paketin sahibləri 24 saat özəl həkim, molla və duaxanın (dua oxuyan) xidmətindən istifadə edə biləcək. 23 000 avrodan keçmiş hər 5 zəvvara 1 bələdçi düşür.

Həmin zəvvarlar şeytan daşlama məkanına və s. müəyyən yerlərə xüsusi avtomobil və helikopterlə gedə biləcəklər. Ərafat dağında isə bu zəvvarlar açıq süfrə ilə təchiz olunmuş lüks çadırlardan istifadə edəcəklər.

23 000 avro ödəyənlər daha 2 000 avrolarından keçməklə pəncərələri müqəddəs Kəbəyə baxan “Raffles” oteldə qala bilərlər.

Turizm şirkətinin nümayəndəsi Həcc ziyarəti qabağı iştirakçılara xüsusi xidmətlər göstərdiklərini bildirib: “Ziyarətdən əvvəl hacı namizədləri üçün seminarlar təşkil edirik. Bu seminarlarda qonaqlarımıza Həcc ziyarəti haqqında ətraflı məlumatlar veririk. Məlumatları özəlliklə vizual materiallarla dəqiq bir şəkildə izah edirik. Yəni, gələcək zəvvarlara virtual olaraq Kəbəni tanıdırıq.”

Qeyd edək ki, bu il oktyabrın 4-də, Qurban bayramının ilk günüdür.

“Kim Həcci Allah üçün, arvadına yaxınlaşmadan və heç bir günah və pis əməl etmədən yerinə yetirərsə, anadan doğulduğu kimi (günahsız olaraq) geri qayıdar.” (əl-Buxari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər