Beş yaşındakı kor uşaq Qurani-Kərimi radio vasitəsi ilə əzbərlədi – VİDEO
949 dəfə baxılıb
Heç kəs beş yaşlı Hüseyn Muhəmməd Tahir adlı anadangəlmə kor uşağın Qurani-Kərimi tam əzbər bildiyini ehtimal etmirdi. Çünki o dünyaya gələndən bir çox çətinliklərlə qarşılaşmışdı.
Gözünün anadangəlmə kor olması ilə yanaşı, bir əlinin barmaq sayında da nöqsan var idi. İlk yaşlarında valideynləri uşağın hərəkətlərə reaksiya vermədiyini biləndə, həkimə müraciət ediblər. Həkim isə uşağın kor olduğunu onlara bildirib.
Hüseyn Muhəmməd Tahir adlı uşağın hekayəsi Ciddə şəhərindən başlayır. Atası uşaq üçün əyləncə olsun deyə hədiyyə olaraq radio alır və radionu Qurani-Kərim dalğasına kökləyir ki, uşaq radioda Quran dinləsin.
“Mən radionu oğlum yalnız Quran dinləsin deyə almışdım, amma onun radio vasitəsi ilə Quranı əzbərləyəcəyi heç ağlıma gəlməmişdi” – deyərək, uşağın atası öz təəccübünü bildirib.
Ata deyir ki, mən bu üç il ərzində oğlumun radio vasitəsi ilə Quranı əzbərlədiyini hiss etməmişəm.
Onlar Ciddə şəhərindən Mədinə şəhərinə köçürlər. Bir gün uşaq atasından onu da özü ilə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) məscidinə aparmasını xahiş edir. Atası isə oğlunu məscidə aparmağın çətin olduğunu nəzərə alaraq onun qarşısında əl-Bəqərə surəsindən bəzi ayələri oxumasını şərt qoyur. Uşaq atasının bu şərti ilə razılaşaraq 50 səhifəlik əl-Bəqərə surəsini əzbər danışır. Həmin an ata oğlunun bacarığına məəttəl qalır və oğlunun Quranı nə dərəcədə əzbər bildiyini dəqiqləşdirmək üçün onu bir neçə müəllimin yanına aparır. Müəllimlər onu imtahan etdikdən sonra uşağın Quranı tam əzbər bildiyini tam əminliklə söyləyirlər. Lakin uşağın qiraətini gözəlləşdirmək üçün təcvid qaydalarını öyrənməli olduğunu söyləyirlər. Uşaq hal-hazırda Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) məscidində “Quran Hafizlik” kurslarında təcvid və ərəb dili dərsi alır. Uşaq ərəbcə yaxşı danışa bilməsə də, Quranı əzbər bilir.
Atası deyir ki, oğlunun Quranı əzbər bilməsi neçə illərdir gözünün kor, bir əlinin isə şikəst olması səbəbi ilə çəkdikləri əlavə bütün əziyyətləri üstələyir. Ata deyir ki, mən həmişə namazlarımda dua edirdim ki, Allah həyat yoldaşıma bu işdə səbr, oğluma isə tam şəfa versin.
Sələf Xəbər: Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Bütün dünyada milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) cildli halda 600-dən çox səhifəsi olan Quranı əzbər bilir (114 surədən (fəsil) və 6200-dən çox ayədən ibarət). Müqəddəs Quranın əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu 2 ilə əzbərləyirlər (orta hesabla gündə 1 səhifə əzbərləməklə), bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs hətta 2-4 aya baş verir. müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl, hələ Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə hələ bu günə qədər də böyük nəsildən kiçik nəslə ötürülür. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur. Beləliklə, Uca Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır. Buna aşağıdakı Quran ayəsi dəlalət edir: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (Qurani Kərim, “Qamər” surəsi, 22-ci ayə)
Dünyada heç bir dini kitabda insanların, müsəlmanları öz müqəddəs kitabını əzbər bildiyi kimi əzbər bildikləri bir dini kitab mövcud deyildir. Məsələn, dünyada xristianların sayı 2 milyardı keçsə də, hər hansı bir xristianın (əlbəttə ki, tam komissiya yoxlaması ilə, necə ki bu bütün Quran əzbərləmə mərkəzlərində baş verir) bütün İncili başdan-ayağa bilməsinin heç olmasa bir rəsmi bəyanatı barədə məlum deyildir. Və əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilsə və yer üzərindən silinsə, o zaman müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq səbəb ilə mümkün ola bilər! Lakin dünyada çox gənc, Quranın 600 səhifəsini də əzbər bilən hələ çox uşaq var. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzən bəzi ərəb ölkələrində fenomen şəklində bu hətta 3 yaşlı uşaqlarda da rast gəlinib.
Həmçinin, bir təəccüblü fakt da mövcuddur ki, Quranı əzbərləmiş yüz minlərlə mənşəcə ərəb olmayan insan var. Çoxlu sayda hafiz Türkiyədə və Şərqi Asiyanın müsəlman ölkələrində yaşayır.
Beləliklə bütün dünyada Quran əzbərləmə məktəbləri Uca Allahın bütün əsrlər boyunca Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumasının səbəblərindən biridir.
Quranı zikr üçün asanlaşdıran və onu hər hansı təhrif və dəyişiklikdən Qoruyan Allaha həmd olsun: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Müqəddəs Quran, “Hicr” surəsi, 9-cu ayə).