Bəşər Əsəd kürdlərə silah göndərdiklərini açıqladı
 
											Dekabr 07
										
											18:53
											2015
										
									723 dəfə baxılıb
Suriya Prezidenti Bəşər Əsəd ölkədəki kürd döyüşçülərə silah göndərdiklərini açıqlayıb.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, “Sunday Times”a açıqlama verən Bəşər Əsəd bildirib ki, kürd silahlı birləşmələrinə (PYD) İŞİD terror xəvaric qruplaşması ilə döyüşmək üçün silah yardımı edilib: “Kürdlər də Suriya vətəndaşlarıdır və onlar terrorçularla mübarizə aparmaq istəyirlər”.
Bəşər Əsəd koalisiya qüvvələrinin Suriyada keçiridiyi hərbi hava əməliyyatlarından da danışıb. O, bu əməliyyatların İŞİD terror xəvaric qruplaşması ilə mübarizədə yetərsiz qalacağını vurğulayıb: “Terror xərçəng xəstəliyinə bənzəyir. Onun kökünü kəsmək üçün özəyini yox etmək lazımdır. Kiçik bir hissəni kəsib atmaqla problem həll olunmaz”.








































 
						 
						 
						 
						 
						 
						 
						


