Binəli Yıldırım Səudiyyə kralı ilə görüşdü
Dekabr 27
17:02
2017
3. 674 dəfə baxılıb
Türkiyənin Baş naziri Binəli Yıldırım Səudiyyə Ərəbistanında rəsmi səfərdədir.
Selefxeber.az-ın “TRT.az”a istinadən məlumatına görə, Türkiyənin baş naziri Binəli Yıldırım bu gün saat 07.20-də xüsusi təyyarə “CAN” ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada uçdu.
Yıldırımı səfərində həyat yoldaşı Semihə Yıldırım, baş nazirin müavini Hakan Çavuşoğlu, əmək və sosial təhlükəsizlik naziri Jülide Sarıəroğlu, səhiyyə naziri Əhməd Dəmircan müşayiət edirlər.
Türkiyə baş naziri rəsmi səfəri çərçivəsində Səudiyyə Ərəbistan Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə və müdafiə naziri Məhəmməd bin Salman ilə görüşəcək.
Görüşlərdə Səudiyyə Ərəbistanı ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.