Bir milyona yaxın hacı Məkkə – Mədinə şəhərlərinə çatıb
1. 326 dəfə baxılıb
Həcc mövsümü ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı hər gün artmaqdadır.
“Sələf Xəbər” Səudiyyə KİV-lərinə istinadən xəbər veriri ki, Krallığın pasport nəzarəti üzrə baş idarəsindən verilən məlumata əsasən, bu il 1,1 milyondan çox zəvvar Həcc üçün Məkkə və Mədinə şəhərlərinə gəlib.
Ümumilikdə, bu il Səudiyyə daxilindən və xaricindən 1,5 milyon zəvvarın Həccdə iştirakı gözlənilir.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən verilən məlumatlara görə, Krallığın digər ölkələrindən gələn adi vətəndaşlardan əlavə, 54 ərəb və islam dövlətlərindən də rəsmi nümayəndə heyətinin Həcc ziyarətinə gəldiyi məlum olub.
Nazirlik tərəfindən həmçinin bildirilib ki, Müqəddəs məkana Həcc üçün dünyanın müxtəlif ölkələrindən 160-dan çox millətin nümayəndələrinin İştirakı gözlənilir. Səudiyyə Ərəbistanı və İran hakimiyyəti arasında münaqişə olmasına baxmayaraq, Krallıq Həcc üçün gələcək olan İranlı zəvvarların eyni qaydada qəbul ediləcəyini vurğulayıb.
Həcc zamanı insan kütləsinin coxluğu və izdihamla bağlı hər hansı bir faciənin baş verməməsi üçün bu il Səudiyyə hakimiyyət orqanları bir çox ehtiyat tədbirləri görüb.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)
Məhəmməd peyğəmbər (ona Allahın salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)