Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bir qrup terrorçu İŞİD-ə qoşuldu

Noyabr 11
19:39 2014

“Sələf Xəbər” bugun.az saytına istinadən xəbər verir ki, daha bir terror qruplaşma İŞİD terror xəvaric qruplaşmasına dəstəyini bəyan edib.

Sina yarımadasında terror aktları həyata keçirən Misirin ən təhlükəli “Ənsar Beyt əl-Maqdis” terror qruplaşması bəyanat yayıb.

Ötən il Misirdə prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra daha da fəallaşan “Ənsar Beyt Əl-Maqdis” terror qruplaşması ölkədə təhlükəsizlik narahatlıqlarına səbəb olmuşdu.

Əl-Qaidə terror təşkilatından ilhamlandığı bildirilən qruplaşma, ölüm xəbəri yayılan, lakin təsdiqlənməyən İŞİD terror xəvaric qruplaşmasının lideri Bağdadiyə sədaqət andı içib.

Əl-Bağdadiyə “İbrahim İbn Avad” ləqəbini verən qruplaşma ona sədaqət andı içdiklərini, ona qulaq asaraq əmrlərinə boyun əyəcəklərini açıqlayıblar.

Bundan başqa, dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanlara da müraciət edərək “xəlifə”yə itaət etməyə və dəstək olmağa çağırıblar. Qeyd edək ki, qruplaşmanın İŞİD terror xəvaric qruplaşmasına meylli olması xəbərləri bundan əvvəl yayımlansa da, onlar tərəfindən heç bir bəyanat yayılmamışdı.

 Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar.” (Müqəddəs Quran, “Ənam” surəsi, 119-cu ayə).

Məşhur islam alimi, böyük hədisşünas Əbdül Muhsin əl-Abbaddan (Allah onu qorusun) Əl-Qaidə qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”

Digər xəbərlər