Birləşmiş Ərəb Əmirlikləri Fələstinə 25 milyon dollarlıq humanitar yardım göstərəcək
972 dəfə baxılıb
“İTAR-TASS” İnformasiya Agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fələstin dövləti üçün 25 milyon dollar məbləğində humanitar yardım ayıracaq. BƏƏ prezidenti şeyx Xəlifə bin Zayid əl–Nəhəyyanın müvafiq fərmanını iyulun 10-da ərəb KİV-i yayıb.
BƏƏ-nin İnformasiya Agentliyinin bildirdiyinə görə, əmirliyin bu addımı “BƏƏ hökumətinin və xalqının Fələstin xalqı ilə tarixi həmrəylinin təsdiqidir”. Eyni zamanda xəbər verilir ki, Əmirliklərin Qırmızı Ayparası bu yardımın paylanmasını öz nəzarətinə götürüb.
İyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinin XİN-i İsrailin həyata keçirdiyi aviazərbərlərlə bağlı tənqidi çıxış edib. Nazirlikdə vurğulanıb ki, beynəlxalq ictimaiyyət bu vəziyyətə dərhal müdaxilə etməli və təcavüzü dayandırmalıdır.
“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhih-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih-Müslim, Birr Kitabı, Hədis: 65 (2585))Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)