Birləşmiş Ərəb Əmirlikləri Suriya qaçqınlarına 12 milyon dollar yardım ayıracaq
875 dəfə baxılıb
“İTAR-TASS” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi BMT Qaçqınlarla İş üzrə Ali Komissarının İdarəsi (QAKİ) və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə üç razılaşma imzalayıb. Razılaşmalara əsasən, Əbu-Dabi Suriya qaçqınlarına 12 milyon dollar həcmində yardım edəcəkdir.
“Skay nyus – Arabiya” telekanalının verdiyi məlumata görə, bu vəsait İordaniyanın ərazisində – Zaatar və əl-Əzrak düşərgələrində yerləşdirilmiş qaçqınlara, eləcə də Suriya daxilində öz yaşayış yerini dəyişmiş vətəndaşlara kömək göstərilməsinə yönəldiləcəkdir.
Beynəlxalq əməkdaşlıq və inkişaf naziri xanım Lyubna bint Xalid əl-Kasimi vurğulayıb ki, bu vəsait, ilin əvvəlində Küveytdə Suriya üzrə donor-ölkələrin konfransında BƏƏ-nin ayırdığı məbləğin bir hissəsidir. Konfrans zamanı Əmirliklər, SƏR-nın münaqişədən zərərçəkmiş əhalisinə təcili humanitar yardım üçün 300 mln. dollar ayıracağına söz vermişdi.
İordaniya düşərgələrində tibbi xidmət, su təchizatı və kanalizasiya sisteminin təmini məqsədilə artıq 5 mln dollar ödənilib. Bundan əlavə, UNİCEF-in Suriyadakı 5 yaşınadək uşaqlara, hamilə və südverən qadınlara kömək üzrə proqramına dəstək üçün 7 mln. dollar ayrılıb.
Donor ölkələrin builki konfransının yekununa əsasən cəmi 2,4 mlrd. dollar toplanmışdı. Bununla belə, hələ yanvar ayında BMT-nin fondunda keçən il toplanmış 1,5 milyard dolların təxminən 30%-nin çatışmadığı məlum olmuşdu. BMT-nin məlumatlarına əsasən, təhlükəsizlik səbəbi ilə öz ölkəsindən qaçan suriyalıların sayı 3 milyonu keçib.
“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhih-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih-Müslim, Birr Kitabı, Hədis: 65 (2585)).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)