Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Blokadada olan Fələstinlilərin çörək təminatı – VİDEO

Dekabr 09
16:20 2015

İsrail höküməti tərəfindən işğal edilmiş və blokada vəziyyətinə salınmış Fəlsətinin yerli əhalisini Qüdsdəki həmvətənləri çörəklə təmin etmək üsulunu tapıblar.

Onların İordan çayının Qərb sahili boyunca uzanan qalınlığı 60 sm-dən çox olan beton “Aparteid divarı”nın digər tərəfində qalan həmvətənlərinə çörək ötürülməsini əks etdirən kadrlar sosial şəbəklərdə geniş yayılıb.

Videodakı gəncin sözlərinə görə onlar bu üsulla gün ərzində minə yaxın çörəyi digər tərəfə ötürürlər.

Həmin videonu sizə təqdim edirik.

🎬

Sələf Xəbər: İslam əxlaqı prinsiplərinə görə xoşun gəlmədiyin insana, yaxud topluma qarşı haqsızlıq etmək əsla yolverilməzdir. Uca Allah buyurur: “8 – Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (əl-Maidə surəsi.)
Tarix boyu öz düşmənlərinə qarşı heç vaxt ədalətsizlik etməyən müsəlmanlar bu gün onlar özlərinə düşmən kəsilmiş tərəflərdən çoxsaylı haqsızlıqlar görməkdədirlər.
Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər