Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

BMT-dən xəbərdarlıq: İŞİD Hələbə doğru irəliləyir

Noyabr 07
22:16 2014

“Sələf Xəbər”-in Alarabiya-ya istinadən xəbərinə görə, BMT-nin Suriyaya göndərilmiş xüsusi nümayəndəsi Stefan Di Mistora, İŞİD terror xəvaric qruplaşmasının Kobanidən uzaqlaşaraq Hələb tərəfə irəlilədiyini bildirib.

Onun fikrincə, bu, Suriya müxalifətçiləri ilə hökumət qüvvələri arasında nəticəsiz döyüşlərə şahid olan bu şəhəri xilas etmək üçün yaxşı bir fürsətdir.

Di Mistora, CNN-ə verdiyi müsahibəsində bəyan edib ki, İŞİD terror xəvaric qruplaşmasını dayandırmaq və bu qruplaşmaya qarşı bir nöqtədə cəmləşmək üçün digər yerlərdə olan döyüşləri dayandırmaq lazımdır. Hələb də həmin əməliyyatın gerçəkləşdirilməsi üçün əlverişli şəhərlərdən biridir.

Fransanın Xarici İşlər Naziri Loran Fabyos da öz çıxışlarında nəzərləri Hələb şəhərinə yönəltməyə çağırıb. O, şəhərin 300 min nəfərlik əhalisi arasında qadınların və uşaqların olduğunu vurğulayaraq, bütün diqqətini Kobani döyüşlərinə yönəldən BMT-ni Hələbə qarşı etinasızlıqda günahlandırıb. Fabyos hesab edir ki, əsas müharibə Kobanidə deyil, Hələbdə gedir.

Fransanın Hələbi qurtarmaq çağırışları Əsəd ordusunun Hələbə hücuma hazırlaşması xəbərləri ilə eyni vaxta düşüb. Bununla yanaşı Suriya ordusunun təyyarələri on gündən çoxdur ki, şəhəri şiddətlə bombalamaqdadır.

 Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir, 1-ci kaset, A tərəfi)

.

Digər xəbərlər