BMT: Suriyada daha 1 mln insan qaçqın düşəcək
615 dəfə baxılıb
Suriyada münaqişənin davam edəcəyi təqdirdə ilin sonunadək daha 1 mln insan qaçqın düşəcək.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriyadakı humanitar məsələlər üzrə əlaqələndiricisi Yaqub əl-Hillo bildirib.
O, Suriyadakı əhaliyə beynəlxalq yardımın həcminin artırılmasına çağırıb. Yaqub əl-Hillonun sözlərinə görə, münaqişənin həlli istiqamətində tədbirlərin görülməyəcəyi təqdirdə Suriyada qaçqın axını hələ bir neçə ay davam edəcək, Avropada isə qaçqınlarla bağlı vəziyyət II Dünya Müharibəsinin sonundakı vəziyyəti təkrarlayacaq.
Qeyd edək ki, Suriyada 2011-ci ildən davam edən münaqişə ərzində 250 minədək adam ölüb, 4 milyon nəfər ölkəni tərk edib, 7,6 mln sakin məcburi köçkün olub.
Sələf Xəbər: Şeyx Saleh Fövzandan (Allah onu qorusun) soruşublar: Allah sizi xeyirlə mükafatlandırsın. Sual verən maraqlanır ki, o Suriyadakı qardaşlarına necə kömək edə bilər və hal-hazırda cihad vacibdirmi?
Cavab: Cihad, yalnız hakimin çağırışı ilə vacib olur. Əgər müsəlman rəhbər səfərbərlik elan edir, hərbi əməliyyatlar üçün ordu yaradır və döyüşə hazırlayırsa, bu halda cihad, iştirak edə biləcək hər bir kəs üçün vacib olur. “Əgər rəhbər cihada çağırsa və cihad etsə, sən də bu çağırışla cihada qoşul”. (Buxari)
Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə qaxılıb qalırsınız?” (Qurani-Kərim, “Tövbə” surəsi, 38-ci ayə)
Cihad mütləq müsəlman başçının bayrağı altında aparılmalıdır. Ayrı-ayrı insanların əlinə silah alaraq nəsə eləməyə çalışmasına gəldikdə isə, bu heç bir fayda vermir. Bu cür əməllər müsəlmanların birliyinə səbəb olmur, əksinə qan tökülməsi ilə nəticələnir. Bunu həm təcrübə, həm də reallıq sübut edir. Odur ki, bizim üçün vacib olan, (Suriyadakı) müsəlman qardaşlarımız üçün dua etməkdir. Biz Allaha dua etməliyik ki, onlara qələbə və müvəffəqiyyət bəxş etsin. Həmçinin Allahdan, onlara qarşı haqsızlıq edənlərin cəzalandırmasını istəməliyik.