Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Boko Haram” çoxu uşaq olmaqla 86 nəfəri öldürüb

Fevral 03
17:33 2016

“Boko Haram” terror təşkilatı Nigeriyanın şimal-şərqindəki kəndlərdən birində qətliam törədib.

“Sələf Xəbər”in ATV.az-a istinadən xəbərinə görə, terrorçuların uşaqları diri-diri yandırdıqları qətliamda ümumilikdə 86 nəfər qətlə yetirilib. Təşkilatın 3 qadın əməkdaşı isə üzərinə bomba bağlayaraq 25 min adamın yaşadığı Dalori kəndində özlərini partladıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər