Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Boko Haram” ev və məscidlərdə sakinləri qətlə yetiriblər

Fevral 05
17:11 2015

“Boko Haram” terror qruplaşmasının silahlıları Kamerunun Fotokol şəhərinə hücum edib.

“Sələf Xəbər”in Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, səhər saatlarında şəhərə daxil olan terrorçular ev və məscidlərdə azı 100 nəfəri qətlə yetiriblər.

Bundan əvvəl, Nigeriyada 200 “Boko Haram” silahlısının Çad hərbçiləri tərəfindən məhv edilməsi barədə məlumat yayılmışdı.

 Sələf Xəbər: Təəssüf ki, bəzi insanlar dini şüarlardan istifadə edərək fəsadın müxtəlif növlərinə əl atırlar. Bununla (terror aktları və kamikadzelər ilə) əlaqədar olaraq XX əsrin görkəmli sünni alimi, mərhum Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz” 7/120)

Digər xəbərlər